Azərbaycanda 6 aylıq uşaq faciəli şəkildə öldü
Masallı rayonunda 6 aylıq körpə faciəli şəkildə ölüb.
Xeberlent.az Publika.az-a istinadən xəbər verir ki, hadisə Masallı şəhəri Digah küçəsində qeydə alınıb.
Fərdi yaşayış evində yaşayan 10.03.2024-cü il təvəllüdlü Nilay Tural qızı Bədəlbəyli başının uşaq arabasının konstruksiyasına keçməsi nəticəsində boğularaq ölüb.
Rayon prokurorluğunda araşdırma aparılır.