"Azərbaycan və Ermənistan sülh sazişi bağlamağa yaxındırlar" - Belçika XİN
“Brüsseldəki son danışıqlar göstərdi ki, Azərbaycan və Ermənistan sülh sazişi bağlamağa yaxındırlar”.
Xeberlent.az erməni mediasına istinadən xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Hadja Lahbib İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi brifinqdə deyib.
“Yeni məsləhətləşmələr Brüsseldə, İrəvanda və Bakıda keçiriləcək və biz ümid edirik ki, onlar tarixi dönüşə səbəb olacaq. Bu məqsədə çatmaq üçün tərəflər Aİ-nin dəstəyinə arxalana bilərlər”, - deyə Lahbib qeyd edib. (Unikal)