Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından danışdı

Yenə Rusiya ilə danışıqlardan imtina etdi

"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq” – Baş prokuror

Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?

Şəhid Mübariz - Allah evindən başlayan yüksəliş!

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır - ŞİKAYƏT

Paşinyan İlham Əliyevlə görüşdən QAÇDI

Metro və avtobuslarda qiymətlər qalxdı

Azərbaycanda Müstəqillik Günüdür

Hamısı helikopter qəzasında həlak olub - FOTO (VİDEO)

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Aktau limanında konteyner qovşağı yaradılacaq

Aktau limanında konteyner qovşağı yaradılacaq

Çinin Sian şəhərində “Aktau limanında konteyner qovşağının tikintisi” layihəsinin həyata keçirilməsi üçün birgə müəssisənin təsis sənədləri imzalanıb.

Xeberlent.az “Kazakstan temir jolı” milli şirkəti” Səhmdar Cəmiyyətinin (KTJ / “Qazaxıstan dəmir yolları”) mətbuat xidmətinə istinadla xəbər verir ki, saziş “KTZ Express” ASC (KTJ-nin törəmə müəssisəsi), “Lyanyungan Liman DK” MMC və “Aktau dəniz ticarət limanı ”MŞ” SC arasında bağlanıb.

Konteyner mərkəzinin yaradılması layihəsi hər iki ölkənin hökumətləri tərəfindən dəstəklənib və qlobal “Bir kəmər, bir yol” təşəbbüsünün çərçivəsində həyata keçirilir.

Avrasiya nəqliyyat sisteminin ən mühüm həlqələrindən birinə çevrilən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) boyunca konteyner qovşağının yerləşməsi marşrutun cəlbediciliyini və tranzit daşımaların həcmini daha da artırmağa imkan verəcək.

Həmçinin Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir.