"Ukrayna dərhal NATO-ya qəbul edilməlidir" - Conson tələb etdi
Şimali Atlantika Alyansı Ukraynanı dərhal üzvlüyünə qəbul etməlidir".
Xeberlent.az xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deyib.
"Biz Ukraynanı indi NATO- ya qəbul etməliyik və mən indi nəzərdə tuturam”, - o, vurğulayıb.
Conson deyib ki, Qərb Kiyevin münaqişənin həlli ilə bağlı razılaşmaya razı olacağına dair istənilən fikirdən əl çəkməlidir, çünki ukraynalılar “çox uzun mübarizə aparıblar”.