"KTMT ilə bağlı mövqeyimiz dəyişməyib" - Ermənistan XİN
Kollektiv Təhlükəsizlik Müqaviləsinin təşkili ilə bağlı Ermənistanın mövqeyi dəyişməyib.
Xeberlent.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan açıqlayıb.
O, dünən KTMT-nin Rusiyada keçirilən görüşünü şərh edərkən bildirib: "Ermənistanın KTMT-nin fəaliyyətində iştirakının dondurulması ilə bağlı mövqeyi dəyişməyib".