"Barselona" Lopesin son vəziyyətini AÇIQLADI
"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopes zədəsini sağaldıb.
Xeberlent.az xəbər verir ki, məlumatı Kataloniya klubunun mətbuat xidməti yayıb.
21 yaşlı futbolçu artıq məşqlərə başladığı bildirilib.
"Barselona" İspaniya çempionatında növbəti görüşünü oktyabrın 20-də "Sevilya" komandasına qarşı keçirəcək.
Qeyd edək ki, Lopes sentyabrın əvvəlində İspaniyanın gənclərdən ibarət yığmasının düşərgəsində bud əzələsinin ön hissəsindən zədə almışdı. Yarımmüdafiəçi cari mövsümdə cəmi üç oyunda iştirak edib.