“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq” – Baş prokuror

Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?

Şəhid Mübariz - Allah evindən başlayan yüksəliş!

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır - ŞİKAYƏT

Paşinyan İlham Əliyevlə görüşdən QAÇDI

Metro və avtobuslarda qiymətlər qalxdı

Azərbaycanda Müstəqillik Günüdür

Hamısı helikopter qəzasında həlak olub - FOTO (VİDEO)

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

ABŞ addım-addım vətəndaş qarşıdurmasına gedir. Belə görünür ki, bu ilin noyabrın 5-də keçirilməsi nəzərdə tutulan seçkilər ABŞ tarixinin ən çətin, ən riskli və həm də bu ölkənin dünya siyasətindəki yerini - gələcək aqibətini birdəfəlik müəyyənləşdirəcək seçkilər olacaq.
82 yaşlı Bayden təkcə ABŞ demokratlarının yox, bütövlükdə dünya qlobalistlərinin bu seçkilərdə ümid bəslədikləri və bütün dünya boyu da qələbəsi üçün çalışdıqları liderdir.
Baydenin qələbəsi ABŞ-ın iradəsi ilə hesablaşmayan milli dövlətlərlə münaqişə halının daha şiddətlə davam etməsi, o cümlədən qonşularımız Rusiyada, ardınca da Türkiyə və İranda hakimiyyət dəyişiklikləri prosesinin, kütləvi iğtişaşların və təxribatların, "rəngli inqilablar" seriyasının açıq şəkildə dəstəklənməsi deməkdir.
Onun əsas rəqibi 78 yaşlı Trampa isə Baydenin və qlobalistlərin ABŞ-da önünü kəsəcək, eləcə də əsas münaqişə bölgələrində qarşıdurmadan dialoqa keçə biləcək çevik fiqur kimi baxılır.
Bu səbəbdən, hazırda Trampın yenidən prezident seçilməsinə imkan verməmək üçün sayısız maneələr yaradılır.
Ancaq yaradılan bütün bu süni əngəllərə baxmayaraq, Tramp sürətlə reytinqini artırır. Tramp bu həftə “Super çərşənbə axşamı” deyilən ilkin seçkilərdə 15 ştatın 14-də respublikaçıları parçalamaq üçün ortaya çıxarılan xanım Nikki Heyliyə qalib gələrək, onu yarışı dayandırmağa məcbur etdi və beləliklə, daxildəki əsas maneələrdən birini aşdı.
Hazırda demokratların son ümidi, təxminən, 91 epizod üzrə ittihamın yer aldğı 4 cinayət işinə olsa da, Tramp məhəkəmə proseslərindən də sıyrılıb çıxır və vəkilləri bu prosesin onun seçkilərdə iştirakına hüquqi mane yaratmayacağı qənaətindədilər.
Bayden də, Tramp da yaxşı anlayırlar ki, ABŞ-dakı seçkilərin qədəri xeyli dərəcədə qarşıdakı 7 ayda Ukrayna, Cənubi Qafqaz və Yaxın Şərq cəbhəsində gedən proseslərdən asılı olacaq.
Dünən Baydenin illik hesabat məruzəsində Konqresə müraciət edərək, amerikalılara ilk vətəndaş müharibəsi dönəmini xatırlatması və “ölkəmizdə azadlıq və demokratiya indiki qədər təhlükədə olmayıb” çağırışını ünvanlaması, ardınca da xilas yolu kimi israrla “Putini dayandırmalıyıq!” formulunu göstərməsi bir daha təsdiqləyir ki, Rusiya prezidentini Ukrayna bataqlığında batırmaq istəyən Baydenin özü indi bu bataqlıqda boğulacağı qorxusunu yaşayır...
Çox böyük ehtimalla, Bayden hökuməti hətta maliyyə yardımının ayrılmasına Konqresin dəstəyini əldə edə bilməsə belə, qarşıdakı bu 7 ayda Zelenskini Ukrayna, Paşinyanı isə Cənubi Qafqaz üzərindən Rusiya əleyhinə hücum və kampaniyalarını genişləndirməyə təhrik və təşviq edəcək...
Azərbaycan Baydenin hədəfində olan ölkələrlə - Rusiya, Türkiyə və İranla birgə Ermənistan üzərindən başladılacaq yeni savaşa tam hazır olmalı, bu 3 ölkəni regionda üz-üzə gətirməyə hesablanmış istənilən fitnəkar cəhdi və addımı yerindəcə boğmağı bacarmalıdır!
Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək əsas meydança indi məhz Azərbaycandır və Qərb istənilən vaxt ölkəmizdə kritik situasiyalar üçün yetişdirib hazırladığı böyük bir şəbəkəni də bu məqsəd naminə hərəkətə gətirə bilər!

Elxan Şükürlü