"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq” – Baş prokuror

Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?

Şəhid Mübariz - Allah evindən başlayan yüksəliş!

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır - ŞİKAYƏT

Paşinyan İlham Əliyevlə görüşdən QAÇDI

Metro və avtobuslarda qiymətlər qalxdı

Azərbaycanda Müstəqillik Günüdür

Hamısı helikopter qəzasında həlak olub - FOTO (VİDEO)

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

Sentyabrın 19-da bəzi sosial media səhifələrində Ağayev Damət Ağakişi oğlunun prokurorluq orqanlarına ünvanladığı şikayətinə baxılmamasına dair məlumatlar yayılıb.

Xeberlent.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaş Damət Ağayevin şikayəti ilə bağlı açıqlama verilib.

Açıqlamada deyilir:

"Vətəndaş Damət Ağayevin “Aslan” Mənzil Tikinti Koperativinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair 2018-ci ildən etibarən etdiyi müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır.

Belə ki, vətəndaş Lalə Dünyamalıyeva 10 iyun 2006-cı il tarixli müqavilə əsasında “Aslan” MTK-dan mənzil almış, 2018-ci ildə nikaha daxil olduqdan sonra əri Damət Ağayev həmin MTK-nın vəzifəli şəxsləri barədə prokurorluq orqanlarına müraciət ünvanlamış və ərizədə göstərilən hallar yoxlanılarkən şikayətin mülki xarakterli olması müəyyən edilmişdir.

Eyni zamanda müəyyən edilmişdir ki, Damət Ağayevin həmin xüsusatlarla bağlı mülki iddiasına Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmış və Məhkəmənin 29 mart 2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmamışdır. 

Bundan başqa, ötən müddət ərzində Damət Ağayev Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 6 dəfə, Baş Prokurorluq və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyi və digər əməkdaşları tərəfindən isə dəfələrlə qəbul edilərək dinlənilmiş, şikayətində göstərdiyi hallar yoxlanılaraq ona aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuş, buna baxmayaraq o, prokurorluq orqanlarının fəaliyyətinə aid olmayan məsələlərlə müraciətlərini davam etdirmiş və qəbullar zamanı qurumun iş fəaliyyətini pozmağa cəhd etmişdir.

Odur ki, vətəndaş müraciətləri ilə bağlı məsələlər dərc olunarkən həssaslıq nümayiş etdirilməklə rəsmi dövlət qurumları ilə dəqiqləşdirmə aparılması xahiş olunur".