Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

İslamda qadına fobiya varmı?!

İslamda qadına fobiya varmı?!

Qadının şəxsiyyəti haqqında iki baxış və təsəvvür mövcuddur : Qərbyönümlü, qərb təfəkkürünə uyğun baxış və islami baxış.

Qərb təfəkküründə və qərbmeyilli baxışda qadın daha çox cinsi ləzzətlərin təmin edilməsi üçün ən real bir vasitədir. Demək olar ki, qadına fiziki cəhətdən yiyələnməyin müxtəlif yollarını və üslublarını ərsəyə gətirmək bu baxış və təfəkkürün əsas prinsiplərindən biridir.

Həmçinin bu baxışın əsas hədəflərindən biri iqtisadi cəhətdən qüdrətə malik bir elitanın xammal və cinslərinin satışı üçün qadınlardan öz mənafeələrinə xatir sui-istifadə etməkdir. Sözün əsl mənasında dünyanın tərəqqi və rifaha doğru çox sürətlə addımladığı bir dönəmdə, Qərbdə yaşayan qadın son 10 il ərzində bir çox ictimai, iqtisadi və şəxsi maraqları ehtiva edən bir qurumun zorakılıqlarının qurbanına çevrilmişdir. Qərb ölkələrinin uca səslə hamıya təlqin etmək üçün car çəkdiyi “qadın və kişi üçün hərtərəfli və ümumi bərabərlik prinsipi”nin tam əksinə olaraq, bu ölkələrdə qarşıya çıxan hər bir küçə tablolarının, qəzetlərin, jurnalların, saytların öz şəxsi hədəflərinə çatması üçün qadından təhrikedici bir amil kimi xüsusi şəkildə istifadə etdiklərinin şahidi oluruq.

Çox təəssüf edici bir hal və danılmaz bir faktdır ki, özünü qərbə oxşatmaq istəyən əksər ərəb ölkələrində qadına cüzi hörmət belə qoyulmur, hətta bir insan kimi dəyər verilmir. Qadından cinsi ehtiyacların ödənilməsi və xammal satışı bazarında ən gözəl təbliğat vasitəsi kimi istifadə edilir. Bu cür rəftar ictimai bir toplumda ailə, ana, məhəbbət və qarşılıqlı bir-birinə hörmət prinsiplərini alt-üst edir. Nəticədə məhəbbət və ülfətə çox ehtiyac duyan insanın hansı bir vəziyyətə düşəcəyini anlamaq heç də çətin deyil.

Bütün bunların tam əksinə olaraq İslam dinində qadına tam fərqli bir baxış və yanaşma vardır. Bunun üçün islam dininin əbədiyaşar “konstitusiyası” olan Qurana elmi bir nəzər yetirmək kifayətdir. Quran ayələrinin bir çoxunda qadının ailə və cəmiyyətdəki yeri tanıdılır. Hətta Quranın üçüncü surəsinin adının “Qadınlar” adlandırılması da yəqin ki, xüsusi bir mesajin olmasına işarədir.

Quranın qadına verdiyi ən əsas dəyərlərdən biri onu mənəvi saflığa doğru irəliləməkdə kişi ilə eyni səviyyədə olmasıdır. Bu haqda Əhzab surəsinin 35-ci ayəsində buyrulur :

Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbrli kişilər və qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!

Ümumiyyətlə Quranda qadının bir çox fərdi və ictimai məqamlarını bəyan edib, İslam dinində qadına verilən dəyər və önəmi çatdıran ayələr çoxdur.

  • Bərabərlik hüququ

Bəqərə surəsinin 228-ci ayəsində buyrulur :

(Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır.

  • Psixoloji və ruhi rahatlığa yiyələnmək üçün ailənin təşkili

Rum surəsinin 21-ci ayəsi :

Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!

Bu ayənin verdiyi mesaja əsasən, İslam dinində başqa din, yalnış mentalitet və adət-ənənələrin əksinə olaraq qadın ev qulluqçusu kimi tanıdılmır. İslam bu ayənin simasında qadına ailənin təşkil edilməsində ən əsas ünsür, öz rəhmət qanadlarını həyat yoldaşının üzərinə salmış bir mələk kimi baxır. Qadına fani dünyanın eniş-yoxuşları zamanı, həyatın isti-soyuq anlarında öz həyat yoldaşının yanında olmaqla ona ən böyük dəstək verilməsi sifariş olunur.

Təbii ki, ruhi və psixoloji cəhətdən tam sağlam bir ailəyə sahib olan şəxs fərdi, ictimai, siyasi və iqtisadi sahələrdə asanlıqla böyük uğur qazana biləcəkdir. Fərdlərin uğuru ictimai bir toplumun müvəffəqiyyətinə imza atmış və bu yolda əsaslı rolu oynayacaqdır. Nəticədə bütün bunlar ailənin təməlində əsas rol oynamış qadına borcludur.

  • Qadın müqəddəs ana timsalında

Nəhl surəsinin 72-ci ayəsi buyurur :

Allah sizin üçün özünüzdən (Adəm və Həvvadan, yaxud öz cinsinizdən) zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün oğullar, nəvələr əmələ gətirdi, pak (halal) nemətlərindən sizə ruzi verdi.

Bəşər övladının tərbiyəsi kimi çox ağır və məsuliyyətli bir işin məhz qadına həvalə edilməsi əlbəttə ki, əbəs deyil. İslam dini körpənin, cəmiyyətə layiqli vətandaşın, vətəninin keşiyində duracaq əsgərin tərbiyəsini ana timsalında qadına həvalə edir, bu ananın hörmətini vacib bir əmr kimi qərar verir.

İsra surəsinin 23-cü ayəsi deyir :

Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!

İslamın qadına bəxş etdiyi başqa hüquqlar bunlardır :  /loqoscom/

  • Evlilik məsələsində qadın tam seçim ixtiyarına malikdir
  • Bir sıra məsələlərdə qadınlarla da məsləhət olunmalıdır
  • Qadına fiziki təcavüz yol verilməzdir
  • Qadının da təhsil almaq, yaşadığı ictimai mühitin ictimai, siyasi həyatında iştirak etmək hüququ vardır
  • Qadına qarşı hər cürə hörmətsizlik bəyənilməzdir.

AbbasƏli Hüseyni

XeberLent.az