Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

2024-cü il aprelin 19-da Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı sərhəddə Dövlət Sərhədinin Demarkasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasının və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Dövlət Sərhədinin Demarkasiyası üzrə Dövlət Komissiyasının səkkizinci iclası keçirilib. 

Xeberlent.az xəbər verir ki, iclas Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə baş tutub. 

İclasın nəticəsi olaraq komissiyalar arasında bir sıra razılıqlar əldə olunub: 

Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Qərara alınıb ki, sərhəd xəttinin verilmiş hissələrinin təsviri ərazidə aparılan geodeziya ölçmələri nəticəsində aparılan koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, müvafiq Protokol-təsvirdə tərtib edilsin. Bu, 15 may 2024-cü ilə qədər Tərəflər arasında razılaşdırılmalı və imzalanmalıdır.

Razılığa gəlibilər ki, Tərəflər sərhədin razılaşdırılmış hissələrində sərhəd mühafizə xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək üçün hökumətlərinə müraciət edəcəklər. Onlar həmçinin razılaşıblar ki, demarkasiya prosesi tam başa çatana qədər, razılaşdırılmış sərhəd xəttinin Protokol təsvirində qeyd olunan hissələri demarkasiya edilmiş hesab olunacaq.