Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

“Ələddinin sehrli çırağı” səhnədə “yanır”

“Ələddinin sehrli çırağı” səhnədə “yanır”

Azərbaycan Dövlət Kukla Teatrının növbəti premyerası da qədim Şərq  ədəbiyyatı sehrindən təsirlənmə ilə ərsəyə gəlib.

Belə ki, kuklaçılar “Min bir gecə” nağıllar toplusunda  hər zaman böyük maraqla oxunan düşündürücü və əyləncəli “Ələddinin sehrli çırağı”na müraciət ediblər.


Eyniadlı tamaşanın səhnələşdirmə və quruluş müəllifi Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı, Əməkdar artist Vüqar Camalzadədir.


Birhissəli uşaq tamaşasında rolları teatrın aparıcı səhnə ustaları - Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev, aktyorlar Rəhim Rəhimov, Elgün Həmidov, Selcan Müseyibova, Ramiz Qəmbərov, Yasin Abbasov, Vüqar İsmayılov, Elnur Xəlilov ifa edirlər.


Şərq ədəbiyyatı və mədəniyyətinin ecazkarlığını tərtibatdan musiqiyə bütün çalarları ilə ehtiva edən məlum rəvayət kuklaçıların təsvir dilində özünün orijinal ifadə üslubunu tapıb.


Biz nağıldan irəli gələrək hekayət və qəhrəmanları kukla ilə canlı plan sintezində, özü də çoxkeçidli oyun təqdimatında görürük.


Nağılda da olduğu kimi, əhvalatın qəhrəmanı Ələddin adlı kasıb oğlandır. Uşaq vaxtı daha tənbəl olan, işi-gücü ən yaxın dostu saydığı meymunu ilə gəzib-dolaşmaq olan Ələddin məşhur kəndirbaz kimi tanınır. Elə bütün məsələ də bundan sonra başlayır.


Yolu Bağdad şəhərinə düşür, onun oyununu izləməyə gələn Şahzadəni görür və onunla dost olmaq qərarına gəlir. Sözsüz ki, istəmədən tamahkar Vəzirin də alətinə çevrilir və nəhayət sehrli çırağı tapır və beləcə sonda qalib gəlir.


 Bu işdə də sözsüz ki, bütün klassik nağıllara xas sehr gücü öz işini görür və əhvalatı daha da həyəcanlı və zəngin edir. Belə ki, sehrli çıraqda yaşayan cin Ələddinə onu azad etməsi müqabilində üç arzusunu yerinə yetirəcəyini vəd edir.


Bundan sonra Ələddin xəyalını qurduğu sərvətə qovuşur və bütün arzularını həyata keçirir.