Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

Vəkilə hücum edən deputat cəzalandırılsın - Vəkillərdən çağırış VİDEO

Vəkilə hücum edən deputat cəzalandırılsın - Vəkillərdən çağırış VİDEO

Xəbər verildiyi kimi, iyunun 27-də, Bakının mərkəzindəki “Four Seasons” otelinin foyesində Milli Məclisin deputatı Ramil Həsənovla Vəkillər Kollegiyasının sədr müavini Muxtar Mustafayev arasında çəkişmə olub. 
Mübahisə zamanı deputatı idmançı cüssəli şəxslər müşaiyət ediblər. Vəkilin sözlərinə görə, Nəsimi Rayon Məhkəməsinin qərarını icra edərkən deputat ona hücum çəkib, senzuradan kənar ifadələrlə təhqir edib.


Xeberlent.az xəbər verir ki, vəkillər peşə borcunu həyata keçirən M.Mustafayevə dəstək olub və Milli Məclisin deputatı Ramil Həsənovun ona qarşı hərəkətini qınayıbdır.

 

Vəkil Faiq Nağıyev bildirib ki, vəkillərin peşə fəaliyyətini həyata keçirməsinə istənilən qanunsuz müdaxilə yolverilməzdir: “Bu qanunsuzluq qanunyaradıcı orqanın üzvü tərəfindən ediləndə təbii ki, ictimai qınaqla üzləşəcəkdi. Vəkillikdə sözünü demiş, savadı və prinsipiallığı ilə seçilən vəkil həmkarımız Mukhtar Mustafayevə qarşı işdə hər hansı prosessual statusu olmayan şəxs tərəfindən sərf edilən sözləri və hərəkətləri şiddətlə qınayır, həmkarımızın hər zaman yanında olduğumuzu bilməsini istəyirik”.

 

Qeyd edək ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun 1.3-cü maddəsinə əsasən vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi vəkilliyin əsasını təşkil edir.

 

Vəkil Elçin Sadıqov da deputat Ramil Həsənovun vəkil həmkarı Muxtar Mustafayevə qarşı etdiyi qanunsuz hərəkətləri kəskin qınayıb: “Vəkilin peşə borcunu yerinə yetirməsinə görə hücuma, təhqirə məruz qalması yolverilməzdir.
Deputatın vəzifə səlahiyyətlərindən istifadə etməklə qanunsuzluq etməsi Milli Məclisin İntizam Komissiyasında araşdırılmalıdır”.

 

Qeyd edək ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Qanununun 14-cü maddəsinə əsasən etik davranış qaydalarının pozulmasına görə deputat Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

 

Xatırladaq ki, Almari Vael Süleymanın keçmiş arvadı hazırda deputat Ramil Həsənovla evlidir. Britaniyalı biznesmenin həmin evlilikdən olan qızı isə indi Bakıda, deputatın evindədir. Vael Süleyman qızı ilə görüş hüququ almaq üçün məhkəməyə müraciət edib.(Bakivaxti.az)