Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

Sübhaninin təəssübü və təəssüfü - İran, ABŞ və Fransanın “qırmızı xətt”i üst-üstə düşür

Sübhaninin təəssübü və təəssüfü - İran, ABŞ və Fransanın “qırmızı xətt”i üst-üstə düşür

Bu mövzuda çox yazmışıq, amma hər dəfə iranlı siyasətçi və diplomatların növbəti xoşagəlməz açıqlamasından sonra təkrar etməli oluruq: Bu ölkənin siyasi dairələrində Azərbaycan dövlətini xor görürlər və xalqımıza qarşı bir misqal hörmətləri və ya rəğbətləri yoxdur.

Məsələn, İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Subhaninin dediyi tək bir cümlə buna növbəti sübutdur. Sübhani avropalı səfirlərin İran-İsrail münaqişəsinə dair yazdıqlarına reaksiya verərkən belə bir cümlə işlədib: "Qarabağ müharibəsində erməni əsgərlər İsrail silahları ilə öldürülüb".

Bu, nə deməkdir? Bu, o deməkdir ki, Sübhani ermənilərin təəssübünü çəkir və onlara himayədarlıq etmək istəyən avropalılara deyir ki, dəstəklədikləri İsrail yaxın keçmişdə onların “sevimli ermənilər”inə zərər yetiriblər.

Bu cümlədə ermənilərin vərdiyi itkiyə görə təəssüfləmək çaları da var.

Son aylarda Avropa-Ermənistan yaxınlaşmasını izləyən cənab səfir demək istəyir ki, avropalılardan fərqli olaraq Ermənistanın sadiq dostu məhz İrandır.

Sübhaninin işlətdiyi cümlənin məntiqindən o da çıxır ki, rəsmi Tehran Azərbaycan-Ermənistan münaqişəsində ikincinin tərəfindədir və 2020-ci ildə Azərbaycana erməni əsgərləri öldürmək üçün silah vermədiyinə görə “alnı açıq, üzü ağ”dır. İsrail isə Azərbaycana silah verib, ona görə də ermənilərin düşmənidir. Əgər İsrail həm ermənilərin, həm də İranın düşmənidirsə, demək, avtomatik olaraq İran və Ermənistan təbii müttəfiqdirlər. Bu iki müttəfiqin birinin düşməni İsraildirsə, o birininki də Azərbaycandır.

Burada iki bəsit prinsip var: “Dostumun düşməni düşmənimdir”; “Düşmənimin dostu düşmənimdir”.

İran Ermənistanı dost saydığı üçün biz avtomatik olaraq onun da düşməni roluna giririk. İsrail də İranın düşməni olduğu, bizimlə münasibəti pis olmadığı üçün yenə də hipotetik olaraq İranın düşmənlərinin cərgəsində yer alırıq.

Ancaq nə fərqi var ki, Qarabağda erməni əsgərləri İsrail və ya Rusiya silahı ilə öldürülüb? Onda biz də Ermənistanın silah-sursat aldığı ölkələrin hamısını qara siyahıya salaq və təbliğat apara?

Qarabağda olmaları erməni hərbçiləri legitim hədəfə çevirmişdi və hər hansı bir ölkədən alınmış silah (güllə, mərmi, dron) bu əsgərlərə tuşlanacaqdı. Biz pulumuzu verərək o silahları Hindistandan və ya İranın özündən də ala bilərdik.

Bu halda necə olacaqdı? İran bizə silah satmayacaq, bizi ərazimizin 20 faizini işğal edən, məscidlərimizdə heyvan saxlayan düşmənlə əliyalın buraxacaqdı? Səfir Sübhaninin və digər İran rəsmilərinin açıqlamalarından elə çıxır ki, məhz elə də olacaqmış.

Bəs “din ümmətçiliyi”, “şiə qardaşlığı”, “tarixi birgəlik”, “mədəniyyət ortaqlığı” harada qaldı? Necə ola bilər ki, adında “islam respublikası” ünvanı olan bir dövlət bir müsəlman ölkəsini qüdrətli xristian dövlətlərin himayədarlığı ilə işğalçılıq siyasəti yeridən aqressiv dövlətdən müdafiə etməsin, əksinə, onun tərəfində olsun, “xristian koalisiyası”na qoşulsun?

Təkcə bu fakta istinad edərək fikir yürütmək olar ki, İranın siyasətində dövlət maraqları milli maraqlardan da, dini təəssübkeşlik hissindən də qat-qat üstündür. Bu dövlət din amlindən, sadəcə olaraq, sui-istifadə edir, əslində isə əsas məqsədi regional maraqlarını təmin etməkdir.

İranın Azərbaycan dövlətinə qısqanc yanaşmasının səbəbləri tam çılpaqlığı ilə aydındır və bu barədə çox yazılıb. Fəqət bu dövlətin rəhbərləri heç cür əmin olmaq istəmirlər ki, Azərbaycan qonşu dövlətlərə problem yaratmaq fikrində deyil.

Əlbəttə, Mehdi Sübhani belə ifadələr işlədərkən heç də şəxsi mülahizələrindən çıxış etmir, onun dedikləri təmsil etdiyi dövlətin mövqeyini ifadə edir.

Düzdür, hər bir səfir və ya diplomat işlədiyi ölkəyə müəyyən reveranslarla, sevimli olmağa çalışmaqla bu qılıqlı münasibəti ölkəsinin nəfi üçün edir. Ancaq vaxtilə İranın Azərbaycandakı səfirliyinin 2-ci katibi olmuş Sübhani heç vaxt Azərbaycanın xeyrinə bir kəlmə söz deməyib, Qarabağda öldürülən Azərbaycan türklərinin hansı dövlətdən alınmış güllə ilə vurulduğunu dilə gətirməyib.

İranlılaarın “sionist rejimi” deyib damğaladıqları İsrail isə öz regionundan fərqli olaraq Cənubi Qafqazda qeyri-sabitliyin əsas faktorlarından biri deyil. Hamı Cənubi Qafqazı 2020-ci ilə qədər qarışdıran dövlətin adını yaxşı bilir. 2020-dən sonra bərk həyəcanlanan, isterik açıqlamalar verən, özü üçün “qırmızı xətt” çəkən dövləti də hər kəs tanıyır.

Çox maraqlıdır, İranın Ermənistana yönəlik “qırmızı xətti” ilə artıq ABŞ-ın, Fransanın regionumuzdakı “qırmızı xətti” xeyli yaxınlaşıb, üst-üstə düşüb, nəticədə bölgədə yoğun bir “qırmızı xətt” əmələ gəlib.(Musavat.com)