Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - VİDEO

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - VİDEO

Polis əməkdaşları tərəfindən gizli sexdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran  dəstə üzvlərinə qarşı əməliyyat keçirilib. Nəticədə Mikayıl Abbasov və onun rəhbərlik etdiyi dəstənin üzvləri Fərid Məmmədov, Fərid Haqverdiyev, Əhməd Mikayılov, Mehman Cəfərov və Nurlan Zamanov tutulublar. 

DİN-dən Xeberlent.az-a verilən məlumata görə, müəyyən olunub ki, Mikayıl Abbasov Abşeron rayonu Masazır qəsəbəsində sex yaradaraq adları çəkilən şəxslərlə birlikdə kustar üsulla spirtli içkilər hazırlayıb. Daha sonra bu şəxs paytaxt və bölgələrdə Azər Əsgərov, Rüstəm Qədirli və Ramin Mirzəxanovun vasitəsi ilə hazırladığı spirtli içkilərin topdan və pərakəndə satışını təşkil edib. Tədbirlərin davamı olaraq adı çəkilən sonuncu şəxslərin də saxlanılması təmin edilib.

Dəstə üzvlərinə məxsus sex, anbar və mağazalara baxış zamanı xeyli sayda müxtəlif əmtəə nişanları altında qablaşdırılmış saxta spirtli içkilər, yerli və xarici əmtəə nişanı etiketləri, qapaqlar, qidada istifadəsi nəzərdə tutulmayan texniki spirt aşkarlanıb. 

Təyin edilən ekspertizalar zamanı spirtli içkilərin tərkibinin standartlara uyğun gəlmədiyi və insan sağlamlığı üçün ciddi təhlükə yaratdığı sübuta yetirilib.

Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.