Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

Nərimanovda ağacəkmə aksiyası keçirildi - FOTOLAR

Nərimanovda ağacəkmə aksiyası keçirildi - FOTOLAR

Nərimanovda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Xeberlent.az xəbər verir ki, Nərimanov rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Aksiyada Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Nərimanov rayon İcra Hakimiyyətinin və YAP Nərimanov rayon təşkilatının əməkdaşları, Nərimanov rayonunda yerləşən qurumların rəhbərləri,  rayon ictimaiyyətinin nümayəndələri, fəal gənclər iştirak etmişdir. 

Aksiya çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nərimanov rayonunda yerləşən Nərimanov Bələdiyyəsi Parkının ərazisində 101 şam ağacı əkilmişdir. Həyata keçirilən aksiya zamanı ərazidə abadlıq işləri aparılaraq, yeni əkilən tinglər suvarılıb və digər ağaclara da aqrotexniki qulluq göstərilib. 

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu çərçivədə bütün ölkə ərazisində olduğu kimi Nərimanov rayonunda da il ərzində yaşıllıq sahələrinin genişləndirilməsi nəzərdə tutulur.

  • Nərimanovda ağacəkmə aksiyası keçirildi - FOTOLAR
  • Nərimanovda ağacəkmə aksiyası keçirildi - FOTOLAR
  • Nərimanovda ağacəkmə aksiyası keçirildi - FOTOLAR