Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

Meşələrdə etik davranış qaydaları

Meşələrdə etik davranış qaydaları

MEŞƏLƏRDƏ ETIK DAVRANIŞ QAYDALARI!  

Meşələri tullantılardan qorumaq borcumuzdur. Əsasən yay aylarında insanlar təbiətin füsunkar aləmindən zövq almaq üçün meşələrə üz tuturlar. Çox təəssüf olsun ki insanlar meşədə istirahət etdikdən sonra istirahət zamanı əmələ gələn məişət tullantılarını meşədə atıb gedirlər.İl ərzində meşəyə istirahət üçün nə qədər insanın gəldiyini nəzərə alsaq atılan məişət tullantılarının acınacaqlı fəsadlarını təsəvvür etmək olar. Ekosistem üçün yad olan müxtəlif mənşəli tullantıların ətraf mühitə zərərli təsiri hamıya məlumdur. Plastik qablar, polietilen məmulatlar bitki və heyavanat aləmi üçün böyük təhlükə yaradır.İstirahət yerlərində atılıb qalmış siqaret kötüklərinin tərkibindəki nikotin meşə döşənəyindəki mikroorqanizmləri məhv edir. Çay və göllərə atılan siqaretlər balıqlar tərəfindən udulur və beləliklə zəhərli maddələr qida zəncirinə daxil olur. Ekosistem üçün yad olan müxtəlif mənşəli tullantıların ətraf mühitə zərərli təsiri böyükdür.Plastik qabda polietilen məmulatlar bitki və heyvanat aləmi üçün böyük təhlükə yaradır.İstirahət yerlərində atılmış siqaret kötüklərinin tərkibindəki nikotin meşə döşənəyindəki mikroorqanizmləri məhv edir.Çay və göllərə atılan siqaretlər balıqlar tərəfindən udulur və beləliklə zəhərli madələr qida zəncirinə daxil olur.Balıqla qidalanan insanlar zəhərli maddələrin təsiri nəticəsində sağlamlıqlarını itirirlər.Yaxşı olar ki,istirahət vaxtı birdəfəlik plastik qablarindan deyil,ali yemək qablarından istifadə olunsun və meşəni tərk edən qabda yığışdırılıb aparılsın.Qida zəncirində canlıların qidalanması zamanı bir orqanizmdən digərinə ötürülən zəhərli maddələrin qatılığı bəzən 10 dəfə bəzən 100 dəfə artır(məsələn,ot-dovşan-canavar).Belə olduqda insanlar ətraf mühiti tullantılarla çirkləndirməklə son nəticədə öz sağlamlıqlarına zərər yetirirlər.Təbii ki,meşədə qalmış qida qalıqları meşə sakinlərinin böyük sevincinə səbəb olur.Lakin tullantı çox olduqda yaxşı olar ki,artıq ərzaq məhsulları xəndəkdə basdırılsın.Polietilen butulkalar,şüşə qablar,dəmir qablar və sairə tullantılar isə meşədən kənara çıxarılıb təyin olunmuş yerlərə atılsın.Bəzən turistlər bulaşıq qabları yumaq üçün yuyucu tozlardan və məhlullardan istifadə edirlər.Təbiətin saf bulaqlarına və çaylarına axıdılan bu kimyəvi maddələr canlılar üçün çox təhlükəlidir.Yaxşı olar ki çirklənmiş qablar torpaq və ya kül ilə təmizlənsin.Təbiətə axıdılan toksiki maddələr geri dönməyən dəyişikliklərə səbəb ola bilər.Hər şeydən öncə sağlam ətraf mühit sağlam həyatın əsasıdır.İnsanın öz sağlamlığı kimi meşədə yaşayan hər bir canlının sağlamlığı mühit şəraitindən aslıdır.İnsan öz sağlamlığının qayğısına qaldığı kimi meşə canlılarının da qayğısına qalmalıdır.Meşəyə istirahətə gələn insanlar tullantıların ətraf mühitə zərərli təsirini anlamalı və meşəni bu təsirdən qorumalıdır.Hər dəfə meşəyə gəlişinizdə ətraf mühiti sağlam görmək istəyirsinizsə istirahət zamanı əmələ gələn məişət tullantılarının toplanıb daşınmasını təmin etməlisiniz.Bildiyimiz kimi polietilen paketlər və plastik qablar yüz illər ərzində çürümür.Onlar tərkindəki zərərli kimyəvi maddələr torpağı,suyu,havanı çirkləndirərək meşənin normal həyatına mane olur.Əraziyə atılmış məişət tullantıları bəzən heyvanların zəhərlənməsinə və məhv olmasına gətirib çıxarır.Əraziyə atılmış konserv qabları və şüşə qırıntıları heyvaların pəncələrini kəsib yaralayır,bəzi kiçik heyvanlar üçün isə tələ kimi ola bilər.Tullantinin necə toplanmağın vacib olduğuna hər kəs qabaqcadan qərar verməlidir.Meşəyə heç bir tullantıları və ya yad cisimləri atmaq olmaz.Əgər bütün tullantıları aparmaq mümkün deyilsə asanlıqla çürüyüb torpağa qarışan üzvi mənşəli tullantıları çala qazıb basdırmaq lazımdır.Turistlər və meşə istifadəçiləri meşənin və özlərinin təhlükəsizliyini təmin etmək üçün rast gəldikləri tullantıları toplamaqla ətraf mühitə böyük fayda verə bilərlər.Hər kəs meşənin təmizliyinin qayğısına qalarsa növbəti yürüş zamanı mənali və sağlam istirahətdən zövq almaq şansı əldə edə bilər.”Tullantısız həyat” prinsipinə əməl edərək meşəni görmək istədiyiniz vəziyyətdə qoyub gedin və təmizliyə riyaət edin.Təbiətə vurulan zərərlər son halda insan həyatına neqativ təsir göstərir.Meşədə baş vermiş yanğınlar əsasən insanların ehtiyasız davranması üzündən yaranır.Meşədə baş verən yanğınlar ətraf mühitə atılan kağız məmulatları və şüşə qırıntıları hesabına baş verir.Belə ki,güclü günəş şüası nəticəsində şüşə qırıntıları və kağız parçaları hesabına öz özünə yanğın baş verə bilər.Ona görə də meşə istifadəçiləri və turistlər istirahət zamanı ətrafa heç bir tullantını atıb getməməlidir.

 

Vüsal İbrahimli

Xeberlent.az