Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

Məni inandır ki...

Məni inandır ki...

Bəli, inandır ki, sənin cəsarət və ağlın, qəzəb və mərhəmətin, sevgi və nifrətin arasında qaş ilə göz qədər məsafə var. Inandıra bildin? Səncə, inandım? Ümumiyyətlə, necə düşünürsən, bu gün sənin qəhrəmanlığın həmcinslərin üçün nə isə ifadə edir?

 

Bilmirəm, amma mən qədim yunan əsatirlərindən qopub gələn çılğın Aniqonaya daim qəzəbli olmuşam. Onun bütün gözəl hiss və gələcək ilə bağlı arzularının üstünə bir təpcək qum tökməklə amansız kraldan intiqam almağına gülmüşəm. Niyə? Çünki ən böyük qisas ölmüş, öldürülmüş adamı basdırmaqda bitmir...

 

Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor, Əməkdar artist Nofəl Vəliyevin böyük, peşəkar səhnədə rejissor kimi ilk cəhdi olan “Antiqona”sını çoxdan gözləyirdim.

Məhz ona görə yox ki, bu əsatirdən doğan faciə janrlı pyesin yerli quruluşda baxdığım ilk nümunədir. Ona görə ki, N. Vəliyev əsri yarılayan yaşında aktyor kimi çox şeyi borclu olduğu qocaman gənc tamaşaçılar səhnəsində rejissor kimi nəyi necə deyəcək və edəcək. Bax, onu bilmək üçün bir az səbr edək.

 

Hə, onu da deyim ki, bu gün təqdim olunan tamaşaların mövzu, janr, tərtibat və təqdimat üslub və formalarında birmənalı bir meyar olmalıdır – tamaşaçı. Niyə? Çünki ya sən sənət naminə gördüyün işin yüksək səviyyəsinə özün və sənən inananları inandırmalısan, ya da tamaşan kassa gətirməlidir. Heç kim sözümü qəribçiliyə salmasın. Bu gün əksər teatrların cari repertuar planına daş kimi düşüb, il ərzində 6-7 dəfə repertuara salınmasına rəğmən heç 1000 tamaşaçı gətirməyən çoxlu tamaşa var və bu, sözsüz ki, teatra yük, onun çətinliklə yığdığı tamaşaçını itirməsinə bir su içimi qədər asandır.

 

Digər tərəfdən, istənilən çoxfunksiyalı həllidə, mürəkkəb konstruksiyaların səhnəyə daşınmasında rejissor, quruluşçu rəssam, qısacası tamaşanı beynində quranlar texniki baxımdan səhnə maşinistlərinin işini artırmaq o yana dursun, sənət əsəri dedikləri tamaşaların sənət festivallarındakı yoluna özləri çəpər çəkirlər. Üstəlik  səhnənin tavanındakı hər ştanketdən bir  nəsnənin asılması və tamaşa boyu “zənciri burax, üçüncüdən trosu yarıda saxla, indi yox, final cingilindan sonra, işığı sola ver, palavik əyridir...” kimi fərli texniki çətinliklər, üstəlik ağır , olduqca yöndəmsiz olan dekorasiyalar izafi xərc, teatr rəhbərliyinə, yəni adminstrativ heyətə lazımsız məsrəf və teatrın rekvizit sexinə yükdən başqa bir şeyə qulluq eləmir. Qulluq demişkən, az-çox bildiyim qədəri ilə səhnəyə qoyulan istənilən rekvizitin ali də olmasa, bir ibtidai məqsədi olmalıdır. Yəni səhnəyə tüfəng qoyulubsa atılmalı, qılınc varsa qınından çıxmalıdır. Bu sadaladıqlarımın N. Vəliyev “Antiqona”sına yaxından uzağa bir xeyləm dəxli olduğundan keçirəm digər məsələyə.

 

Bilirəm, sözümü qəribçiliyə salacaqsınız. əcəb, özü də çox əcəb edəcəksiniz. Amma və lakin hər birimiz müəyyən mənada ənənənin rekonstruktiv təzahüründə yaranan nümunələrdən qırağa çıxa bilmirik və heç buna əşədü ehtiyac da yoxdur. Sadəcə istedad və zövqü işə salaraq ən adi həqiqəti belə fərqli baxışda təqdim edə bilər və mənsub olduğunu dediyin (ya da iddia etdiyin) poetikanın ötürücülük gücünü hiss etdirə bilərsən. Sözsüz ki, burada əsas məqam kollektiv əməkdə bərabər hüquq, qısacası birgə işdə  o birliyin hiss olunmasıdır. 

 

Çox sevdiyim teatrşünas Məryəm Əlizadə özünün hələ də orijinallığını qoruyan “Teatr: seyr və sehr” kitabında yazır: “Poetikanın təcəssümü aşağıdakı funksional bölgüdə gerçəkləşir: 1. ədəbi əsas – dramaturq;

2. Zaman-məkanda gerçəkləşdirmə - aktyor;

3. Vizual təzahür – rəssam;

4. Musiqili dramaturgiya – bəstəkar;

5. Texnoloji təzahür - rejissor”.

Gəlin görək müəllifin göstərdiyi bu beş əsas komponentin hər birini konkret məzmun ilə yükləsək, hansı mənzərə alınar.

Uzun sözün qısası, tamaşanın hakimi rejissordursa onun quruluşu aktyorun daxili potensialına adekvat oyun ilə çulğaşmasa, heç nə ali məramı – tamaşaçıya uzunmüddətli təsiri ifadə edə bilməz...

 

 Bilənlər bilir ki, Jan Anuy “Antiqona” dramını antik dövrün qüdrətli dramaturqlarından Sofoklun “Antiqona” faciəsinin motivləri əsasında yazıb.

 

Kütləvi oxucuya “Torağay”, “Medeya” kimi fərqli, insan hissləri ilə reallıq arasında  duyğu burulğanı yaradan əsərlərindən tanış müəllifin bu pyesi bundan əvvəl də bir neçə teatrda oynanılıb. Diplom tamaşası kimi, səhv etmirəmsə, bir neçə dəfə ADMİU-da da qoyulub. Yəqin elə Nofəl müəllim də kursu ilə bu tamaşanı işləyib. Çünki texniki baxımdan əsərin imkanları ilə aktyor oyunu arasındakı müqayisənin öhdəsindən gəlmişdi. 

 

Ikihissəli dram janrlı (ki bu əsər iki hissəfdə həlli birmənalı itələyir və tamaşaçını izafi yükləmiş olur. Ümumiyyətlə, artıq demək olar ki, “0” dekorasiya və daha çox aktyor oyununda vizuallıqda itib-batan post-dramatik teatrın bir tələbi də məhz budur – az söz, çox hərəkət. Özü də qısa zamanda) tamaşanın rəssamı Telman Şıxıyev, bəstəkarı Röya Hüseynovadır. Plastik həll isə Ceyhun Dadaşova aiddir.

 

Səhnə əsərində Əməkdar artist Güşvər Şərifova, aktyorlar Kərəm Hadızadə, Aygün Fətullayeva, Anar Seyfullayev, Rəşad Səfərov, Əbdül Rzayev, Hilal Dəmirov, Şəbnəm Hüseynova, Könül Əbilova, Fəridə Qurbanova, Ramiq Nəsirov, İlhan Sadıqov, Nurlan Süleymanov, Ümman Budaqov iştirak edirlər.

Tamaşadakı aktyor oyunu barədə danışmayacam.

 

Çünki əsərin iki güclü və bir-birinə zidd qütbü Kreon (K. Hadıyev) və Antiqona (A. Fətullayeva) o tandemi yaşadıqca əzab çəkir və tamaşaçı ilə oyunları arasında özlərinə yaxşı bəlli olan qırmızı saplardan “tor”a tez-tez ilişirdilər. Qısacası, geyimi ilə qadınlığına vurğu hesablanmış Antiqona Aygün xanıma artıq əzab verdi. Üstəlik, bilmirəm bu nə ənəndir dəb alıb – aktrisaları səhnədən elədən-belə, belədən-elə saman çuvalı kimi sürüyüb, bütün fiziki və mənəvi zorakılıqları tətbiq edirlər. Ki, bu, əsla estetik və etik deyil. Tamaşa boyu ANtiqona ilə Kreon bu fiziki əzaba hesablanmış oyun məngənəsində sıxıldılar.

 

Kreona gəlincə aktyor qəhrəmanı ilə heç cür dil tapa bilmədi. Hərçənd K. Hadıyev nəhəng aktyor, güclü emosional təsirə malik tipaj, oyun təyinin asanlıqla verəcək qədər istedadlı ifaçıdır. Diqqətli müşahidəçi kimi gəldiyim bir qənaəti bölüşməyə bilmərəm: Məncə, baş qəhrəman – amansız Kral ilə tamaşanın başçısı – rejissor arasında inamsızlıq, ilkin etimaddan sonrakı yaradıcı aktda mübahisəli mülahizələr ağır basıb belə olmasaydı, çaşdırıcı mənzərə də alınmazdı.

 

Ümumiyyətlə pyes oxunuşundan premyeraya uzun yolda aktyorlar ilə çox işləyən, yəqin ki, say etibarilə  ümumi planından da artıq nöqtələrdə məşq edən rejissorun tamaşanın digər heyəti ilə işi daha sahmanlı görünürdü. Xüsusən iki və üçüncü plan aktyorların oyunu daha səliqəli, individual və daxili çərçivəsində alınmışdı. Artıq heç nə yox idi.

 

əsər sadə dildə nəql olunur. Bizə nağılçı, təfsirçi kimi təqdimatı istedadlı, səhnədə daim estetik görünən aktrisa Şəbnəm Hüseynova edir. Oyununa arabir yumor, kinayə, öldürücü sarkazm qatdığından hadisələr tamaşaçını diri, prosesdə saxlayır və bu, rejissor  tapıntısı kimi yaxşı gedişdir.

 

Nəqldən də bilirik ki, Çar Edipin ölümündən sonra oğlanları Etokl və Polinik növbə ilə ölkəni idarə etməlidirlər. Etokl hökmranlıq müddətini başa vursa da taxt-tacı qardaşı Polinika verməkdən imtina edir. Haqsızlığa məruz aldığını düşünən Polinik də tərəfdarlarını yığıb qiyam qaldırır. Nəticə gözlənilməz olur: hər iki qardaş döyüşdə həlak olur və hakimiyyət dayıları Kreonun əlinə keçir. Çar elan olunan Kreon ölkəni öz qanunlarla idarə edir və ilk fürsətdə nifrətini qusur. Etoklı təntənə ilə dəfn etdirsə də, qiyamçı Polinikin cəsədini qurd-quşa yem etmək üçün şəhər meydanının ortasına atır. Qorumaq üçün də xeyli qarovulçu ayırır. Hədəsi də dəhşətlidir: Qiyamçını dəfnə təşəbbüs edən hər kəs edam olunacaq.

 

Az qala hamı bununla barışır. Təkcə Antiqonadan başqa. Qardaşını dəfnə cəhdləri boşa çıxsa da istəyinə nail olur və öz ölümü ilə dayısından intiqamını alır. Axı Kreonun yeganə oğlu Hemon (H. Dəmirov) onun nişanlıdır və qadınına dəli kimi aşiqdir. Sözsüz ki, oğul da atasından qisasını öz canı ilə alır və intihar edir. Beləcə basdırılmayan ölünün qurban sırası genişlənir.

 

Təsirli hekayətin səhnə təqdimatında rejissorun dünya ədəbiyyatında ilk baş qəhrəman, mərkəzçi olan Antiqonaya münasibəti birmənalı deyil.

 

O, hər kəsin oğlan kimi gördüyüe çəlimsiz, amma çox güclü qızcığazdan sevgi dolu cazibədar qadın da yaradır, zalım hökmdar ilə aşıq-aşıq oynayırmış kimi axmaq cəsarətli təlxək də, bir kəlməsi ilə bütün  hökmlərin üzərindən xətt çəkən hakim də.  Amma ən çox ona saf uşaq, məsum qadın, günahsız qurban kimi baxır. ən əsası onun Antoqonası qadındır. O, sevir, ana olmaq, çox sakit həyat yaşamaq, ərini sevən qadın kimi yaşlanmaq istəyir. Biz onun Hemon ilə vida səhnəsində bunu aydın görürük. A. Fətullayeva qəhrəmanının hisslərini özünü az qala dağa-daşa çırpa-çırpa elə asta, elə həzin deyir ki, sən bapbalaca boyun dam dolusu toyunda çırtıq çalıb “oynamaya” bilmirsən.

 

əsərdən irəli gələrək rejissor Kreona öz bəraətini də iri, qızılı sinidə təqdim edir. Daha doğrusu, şərait yaradır. Bax, K. Hadıyevin oyunu da bundan sonra açılır və o, yaşamağa şans verdiyi qızcığazın ölümünə fərmanın gətirdiyi əzabda necə darmadağın olmaq mümkündürsə, o cür də oynayır və Kreonu az da olsa qurban kimi əsaslandırır.

 

Birmənalı olaraq “Mən ölümü seçdim. Həyatımı bir ölüyə hədiyyə edərək” deyən Antiqona qəhrəmandır və  tamaşanın rejissoru da əsas vurğunu buna vurur. Beləcə finalda öz baxışını əsərdən qavranılan təəssürat ilə paralel şəkildə ötürməyə çalışır. Beləcə özünü də, bizi də inandırmağa çalışır ki...

 

Həmidə Nizamiqızı