Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

Azərbaycanda qızıl ehtiyatlarının həcmi AÇIQLANDI

Azərbaycanda qızıl ehtiyatlarının həcmi AÇIQLANDI

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda hasil olunan qiymətli metalların həcmi açıqlanıb.

Xeberlent.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 10 ay ərzində ölkəmizdə 6 834,8 kiloqram qiymətli metal filizləri və konsentratları hasil edilib.

Onların ümumi hasilatı 2020-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 207,3 kiloqram və ya 3,1 faiz artıb. Bu dövr ərzində 2 876,8 kiloqram qızıl, 3 958 kiloqram gümüş hasil edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qızıl hasilatı 3,5 faiz azalıb, gümüş hasilatı isə 8,6 faiz artıb.

Təkcə oktyabr ayı ərzində isə ölkədə 268,7 kiloqram qızıl, 447,8 kiloqram gümüş hasil edilib.

Bildirilib ki, 1 noyabr 2021-ci il tarixinə görə, ölkədə 212,5 kiloqram hazır qızıl ehtiyatı, 244,3 kiloqram hazır gümüş ehtiyatı var.

Əlavə edək ki, müvafiq dövrdə 2096,1 ton mis filizləri və konsentratları hasil edilib. Ümumi hasilat həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz azalıb. Bu məhsul növü üzrə 239 ton hazır ehtiyat yaranıb.(oxu.az)