Baş Prokurorluq: Aksizsiz tütün məmulatlarının qaçaqmalçılığına qarşı genişmiqyaslı cinayət işi istintaq olunur

San-Fransisko nəhəng istehsalçılara qarşı məhkəmə iddiası qaldırıb

Baş Prokurorluq: Yasamal rayonunda yerləşən çoxmərtəbəli binada 3 nəfərin öldüyü yanğınla bağlı bir nəfər saxlanılıb

Baş prokuror Səudiyyə Ərəbistanı Krallığında işgüzar səfərdədir

Prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə tədbir keçirilib

Laçında bir dəqiqəlik sükut

Baş prokuror Özbəkistanda səfərdədir

Azərbaycan Respublikasının Baş prokuroru Sinqapurda işgüzar səfərdədir

Bu həftə üçtərəfli görüş ola bilər

Zəngəzur dəhlizindən son görüntülər - VİDEO

Aİ-dən Ermənistanla tərəfdaşlıq barədə açıqlama

Hərbi prokuror bayram günləri sərhədlərdə

Qətərə atılan 10 raketdən 9-u vurulub - VİDEO

Üç ildən sonra ilk dəfə kostyum geyindi

İsrail-İran müharibəsi nə qədər davam edəcək?

Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi - FOTOLAR

Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi - FOTOLAR

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun vətəndaşlarla yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər davam etdirilir. Şəhər sakinlərinin müraciətlərini birbaşa dinləmək, onları narahat edən problemləri yerində araşdırmaq və həlli istiqamətində operativ addımlar atmaq məqsədilə növbəti səyyar qəbul Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində təşkil olunub.

Xeberlent.az xəbər verir ki, keçirilən görüşdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla yanaşı, şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə qaziləri və yerli sakinlər iştirak ediblər.

Səyyar qəbul zamanı şəhər rəhbəri vətəndaşları fərdi qaydada qəbul edərək onların müraciət, təklif və problemləri ilə yaxından tanış olub. Zakir Fərəcov bildirib ki, Sumqayıt şəhərində vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi əsas prioritetlərdəndir və sakinlərin ərizə, şikayət və təkliflərinin vaxtında və qanunvericiliyə uyğun şəkildə həll edilməsi üçün ardıcıl tədbirlər görülür.

Qəbul zamanı sakinlər tərəfindən sosial müdafiənin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, eləcə də digər sosial və kommunal məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlərin əhəmiyyətli bir hissəsi yerindəcə həllini tapıb.

Əlavə araşdırma tələb edən müraciətlər isə aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb və onların operativ şəkildə, mövcud qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq göstərişlər verilib.

  • Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi - FOTOLAR
  • Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi - FOTOLAR
  • Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi - FOTOLAR
  • Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi - FOTOLAR
  • Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi - FOTOLAR