Türkiyə Rusiyanın S-400-lərindən imtina edir?
Türkiyə hökuməti ABŞ-nin tələbi ilə Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərindən tamamilə imtina etməmək qərarına gəlib.
Xeberlent.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazır.
"Türkiyə Rusiyanın S-400 raketləri məsələsində güzəştə getməyə hazır olduğunu açıq şəkildə bildirdi, lakin Vaşinqtonun tələb etdiyi kimi, sistemdən tamamilə imtina etməyi dayandırdı", - KİV mənbələrə istinadən yazıb.
Bildirilir ki, Türkiyə tərəfi Rusiya sistemlərinin və onların amerikalı həmkarlarının birgə istifadəsi üçün xüsusi mexanizm yaratmaq niyyətindədir.