San-Fransisko nəhəng istehsalçılara qarşı məhkəmə iddiası qaldırıb
San-Fransisko əsas qəlyanaltı və qazlı içki istehsalçılarına qarşı məhkəmə iddiası qaldırıb.
San-Fransisko ən böyük qəlyanaltı və qazlı içki istehsalçılarını məhkəməyə verib. Bu şirkətlər ictimai səhiyyə sahəsində böhrana səbəb olublar.
San-Fransisko Coca-Cola və Nestle də daxil olmaqla ən böyük qida istehsalçılarına qarşı məhkəmə prosesi başladıb. Şəhər rəhbərliyi hesab edir ki, dərin emaldan keçmiş məhsullar (Ultra-Processed Food, UPF) əhalinin sağlamlığı üçün təhlükəlidir.
Çərşənbə axşamı, 2 dekabr tarixində şəhər hakimiyyəti aparıcı qida istehsalçıları olan şirkətlərə qarşı iddia qaldırıb. İddiada Coca-Cola, Nestle, PepsiCo, Kraft Heinz Company, Post Holdings, Mondelez International, General Mills, Kellogg, Mars Incorporated və ConAgra Brands daxil olmaqla on şirkətin adı çəkilir.
Prokuror Devid Çiu iddia ərizəsində bildirib ki, adı çəkilən şirkətlər ictimai səhiyyə sahəsində böhrana səbəb olub, böyük mənfəət əldə ediblər və indi “vurulan zərərə görə məsuliyyəti üzərlərinə götürməlidirlər”.
Çiunun sözlərinə görə, dərin emaldan keçmiş məhsullara konfetlər, çipslər, qazlı içkilər, ət yarımfabrikatları, energetik içkilər və quru səhər yeməkləri daxildir. Prokuror qeyd edib ki, bu cür məhsullar demək olar ki, tam qidalı təbii komponentlərdən məhrumdur. Onların tez-tez istehlakı isə ikinci tip şəkərli diabetə, qaraciyər piylənməsinə (yağlı hepatoz), kolorektal xərçəngə və hətta depressiyaya yol aça bilər.