Baş Prokurorluq: Yasamal rayonunda yerləşən çoxmərtəbəli binada 3 nəfərin öldüyü yanğınla bağlı bir nəfər saxlanılıb

Baş prokuror Səudiyyə Ərəbistanı Krallığında işgüzar səfərdədir

Prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə tədbir keçirilib

Laçında bir dəqiqəlik sükut

Baş prokuror Özbəkistanda səfərdədir

Azərbaycan Respublikasının Baş prokuroru Sinqapurda işgüzar səfərdədir

Bu həftə üçtərəfli görüş ola bilər

Zəngəzur dəhlizindən son görüntülər - VİDEO

Aİ-dən Ermənistanla tərəfdaşlıq barədə açıqlama

Hərbi prokuror bayram günləri sərhədlərdə

Qətərə atılan 10 raketdən 9-u vurulub - VİDEO

Üç ildən sonra ilk dəfə kostyum geyindi

İsrail-İran müharibəsi nə qədər davam edəcək?

İsrail İranın atdığı raket və PUA-ların sayını açıqladı

"Crocus"da terror törədənlər daha bir partlayış planlaşdırıblar

Rusiyada azərbaycanlı qardaşlara 29 il həbs cəzası verildi

Rusiyada azərbaycanlı qardaşlara 29 il həbs cəzası verildi

Moskva Şəhər Məhkəməsi dayanacaq mübahisəsi zəminində moskvalı motosikletçini qətlə yetirən Azərbaycan vətəndaşı Şahin Abbasovu 17 il, qardaşı Şöhrəti isə 12 il müddətinə azadlıqdan məhrum edib.

Xeberlent.az xəbər verir ki, bu barədə "Kommersant" yazıb. 

İsaxan Abbasov cinayəti gizlətmək və rüşvət almaq ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər isə istintaq təcridxanasında cəzalarını çəkdikdən sonra məhkəmədə sərbəst buraxılıblar. Məhkəmə Şahin Abbasovun atası Nizamiyə bəraət verib.

Hadisə 2024-cü il aprelin 17-də baş verib. İstintaqın məlumatına görə, Şahin Abbasov avtomobilini Krasnodarskaya küçəsində yerləşən binanın girişinin yaxınlığındakı səkidə saxlayıb.

Bu, 24 yaşlı yerli sakin Kirill Kovalevi qəzəbləndirib və o, sürücünü danlayıb. Şahin Abbasov və qardaşı Şöhrət gəncə bir neçə bıçaq zərbəsi vurub və o, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

İstintaqın məlumatına görə, onlar saxlanıldıqları Rostov vilayətinə gedərkən daha sonra Şahin Abbasovun atasından və digər qohumlarından gizlənmək və daha bir neçə cinayət törətmək barədə göstərişlər alıblar. Digər təqsirləndirilən şəxslər Moskvada saxlanılıb.