Mingəçevirdə 10 yaşlı məktəblini maşın vurdu
Mingəçevirdə 10 yaşlı məktəblini maşın vurub.
Xeberlent.az-ın məlumatına görə, hadisə 1 saylı Orta Məktəbin qarşısında baş verib.
Avtomobil 2014-cü il təvəllüdlü məktəbli Ağakazım Sadıqovu vuraraq ona xəsarət yetirib. Yaralı piyada xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.