Mingəçevir sakinini bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB
Mingəçevir sakinini bıçaqlayan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov Xeberlent.az-a bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Zaur İsmayılova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Elgiz Mustafayev saxlanılıb. Araşdırmalar davam etdirilir.
***
Mingəçevir sakini naməlum şəraitdə bıçaq xəsarəti alıb
Xeberlent.az-ın məlumatına görə hadisə şəhər ərazisində baş verib. Belə ki, 1986-cı il təvəllüdlü şəhər sakini İsmayılov Zaur Ramazan oğlu naməlum şəraitdə bıçaq xəsarəti alıb. Ağır vəziyyətdə özünü xəstəxanaya çatdıran 38 yaşlı kişi əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Hüquq- mühafizə orqanları tərəfindən hadisənin təfərrüatları araşdırılır.