Lənkəranda azyaşlının əli ətçəkən maşında qaldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran şəhərində 1 nəfər azyaşlının əlinin ətçəkən maşında sıxışıb qalması barədə məlumat daxil olub.
Xeberlent.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həkim nəzarəti altında həyata keçirilən xilasetmə tədbirləri nəticəsində azyaşlının əli ətçəkən maşından çıxarılaraq xilas olunması təmin edilib.