"Bankların "kartdan karta" məlumatını vergi orqanına ötürməsi qanunsuzdur" - Hüquqşünas

Baş Prokuror BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali ilə görüşüb

Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından danışdı

Yenə Rusiya ilə danışıqlardan imtina etdi

"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq” – Baş prokuror

Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?

Şəhid Mübariz - Allah evindən başlayan yüksəliş!

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır - ŞİKAYƏT

Paşinyan İlham Əliyevlə görüşdən QAÇDI

Metro və avtobuslarda qiymətlər qalxdı

Azərbaycanda Müstəqillik Günüdür

Hamısı helikopter qəzasında həlak olub - FOTO (VİDEO)

Konyaka “Şah İsmayıl”ın adının qoyulması tariximizə ən böyük ədəbsizlik , təhqirdir

Konyaka “Şah İsmayıl”ın adının qoyulması tariximizə ən böyük ədəbsizlik , təhqirdir

Hələ 2012-ci ildən Gəncədə keçirilən Beynəlxalq şərab festivalı çoxlarımızın narazılığına səbəb olmuşdu. Sosial şəbəkələrdə ən çox etiraz edənlər , məsələyə dini aspektdən yanaşaraq “Ey iman gətirənlər! Şərab da, qumar da, fal oxları da şeytan əməlindən olan çirkin bir şeydir. Bunlardan çəkinin ki bəlkə nicat tapasınız”(Maidə:90) kimi ayələrə əsaslanıb , “İmam şəhəri” –Gəncədə İslamın haram buyurduğu içki ilə bağlı festivalın keçirilməsini haqsızlıq sayırdılar. Lakin bir şeyi unudurdular. Azərbaycan İslam dövləti olmamaqla yanaşı, həm də uzun illər Cənubi Qafqazın əsas şərabçılıq mərkəzi idi. Müxtəlif şirin meyvələrdən hazırlanan şərabçılığın qalıqları Azərbaycanda bürünc dövründən (e.ə ll-ci minillik) aşkarlanmışdır. Bunu təkcə daşlamış şərab qalıqları deyil, eyni zamanda müxtəlif dövrlərdə ölkəmizə təşrif buyurmuş səyyah və yadellilərin yazdıqları da təsdiqləyir. Klassik orta əsrlər və yeni dövrün ilk əsrlərində şərabçılıqla bağlı azalan məlumatlar, XlX əsrdən şərabçılığın genişlənməsilə yenidən meydana çıxır. Çar Rusiyasının hakimiyyəti illərində Azərbaycanda məskən salmış alman sahibkarları ,1860 cı ildə indiki Göygöl rayonu ərazisində böyük şərabçılıq sənayesinin əsasını qoyur. Artıq XX əsrin birinci rübündə Azərbaycanda 1300-dən artıq şərab istehsal edən zavod fəaliyyət göstərirdi ki, onun da çoxu Yelizavetpol quberniyasının payına düşürdü. Bütün Cənubi Qafqazın 44% -ni verən Azərbaycan şərabçılığı gəlir mənbəyinə çevrildiyindən, sahibkarların sıralarında yerli kapitalistlər çoxalmaqda idi. Üzümçülük və şərabçılıq bu gün də Azərbaycanın gəlir mənbələrindən biridir. Lakin tam mövzü bu olmadığından Qurani-Kərimdən daha bir ayəni xatırlamaqla əsas məsələyə keçəcəm: “[Ey Rəsulum] Səndən içki və qumar haqqında sual edənlərə söylə: onlarda həm böyük günah və həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətindən daha böyükdür!”(Bəqərə: 219) Bəli, məhz kiçik mənfəət əldə etmək naminə günaha yüklənənlər daha bir günah etdiklərinin fərqində deyillər. Sosial şəbəkələrdən şəklini gördüyüm Tovuz rayonu istehsalı olan “Şah İsmayıl” konyakı ən böyük ədəbsizlik , tariximizə təhqir sayıla bilər. Əslində Şərab festivalından narahat olanlar sırf bu məsələdən narahat olmalı və etiraz etməlidirlər. Bu adda konyak istehsal etmək kimin ideyasıdır bilmirəm, lakin bildirmək istəyirəm ki , Şahımız, nə şərabsız süfrəyə oturmayıb, məclislərdə ilk dəfə qadınlara da içməyə izn verən I Pyotrla, nə də müqəddəsləşdirilən Rasputin kimilərlə eyniləşdirilə bilməz. Əgər onların adıyla məşhurlaşıb gəlir mənbəyinə çevrilən şərab istehsalı şirkətləri kimi məşhurlaşmaq istəmışlərsə, bu zaman adından istfadə edəcəkləri şəxsiyyəti araşdırıb öyrənmək də borcları idi. Dünyanın ən məşhur şəxsiyyətlərindən olan Şah İsmayıl təkcə böyük bir imperiya, Bütöv Azərbaycan qurucusu deyil. O həm də “ Halalına haram qatma” deyən sufi, İlahi ideallarla yaşayıb-yaratmış yüksək idrak və mənəviyyat sahibidir. Qəbul etmək olar, hamı onun mənəvi dünyasını, batini bilmək iqtidarında deyil. Amma ən az orta məktəb dərsliklərindən - tarix və ədəbiyyat səhifələrindən onun haqqında səthi biliklər belə olsa ,həm də Dini lider, sufi Şeyxi olduğunu oxumuşuq. Poeziyasında “saf mənəvi aləmin,aydın məfkurənin,sabaha dərin inamın, hər cür şərə odlu nifrətin” əks edildiyini anlayıb, hikmətinə varmasaq belə, Peyğəmbər, Həzrət Əli tərənnümünü, Qurana istinadlarını əzbərləməklə , onu ibadətini əskiltməyən ali şəxs kimi tanımışıq. Xamu əməldən əfzəldir insaf, Həqqin öz evidir, olsa könül saf - söyləyən Şahın adını saf könülü yerlə bir edən şəraba vermək ən az insafsızlıqdır. Bütün şeirlərində haqq- ədalətə, ədəb -ərkana , sevgi və vəhdətə çagıran Şahı bu cür \"qiymətləndirə\" bilmərik. Kimlərsə Şeybək xanın kəlləsindən qədəh hazırlatdığını dəlil gətirməklə onu içki düşkünü kimi görə bilər. Kimlərsə şeirlərində saqi, mey kimi ifadələr \"kəşf\" edib öz könüllərindəki təki yoza bilər. Bəs şeirdən, tarixdən anlayışı olan kəslər necə? Bəs Quran oxuyub orda vəd edilən Cənnətdə içiləcək şərab ifadələrinə rast gələnlər necə? Bunlara əsaslanıb Şahı ucuz məclislər başında \"tərənnüm edənlər\" lazım gəldiyi zamanlarda da onu radikal Dini başçı kimi tanıtmağa çalışırlar. Bu ölkədə Şahı hər cür təqdim etməyə can atdılar, təkcə haqq olanı ortaya qoya bilmədilər, və yaxud qoymaq istəmədilər. Dünən düşmən etdikləri Bütöv Azərbaycan qurucusunu bu gün qazanc hədəfinə alan vətəndaşlar, Vətənə atılan daşdan başqa bir şey deyil.. Və əksisə, o zaman: Mən dərvişəm deyə köksün gərərsən, Həqqi zikr etməyə dilin varmıdır? Kəndini görsənə, eldə ararsan, Halın hal etməyə halın varmıdır? (Şah Xətai)

Səbinə Tağıyeva