Azərbaycanda Müstəqillik Günüdür

Hamısı helikopter qəzasında həlak olub - FOTO (VİDEO)

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Kərim Vəliyev və Hikmət Mirzəyev təlimə çağırılanlarla görüşdülər - FOTOLAR

Kərim Vəliyev və Hikmət Mirzəyev təlimə çağırılanlarla görüşdülər - FOTOLAR

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev səfərbərlik hazırlığı üzrə təlim toplanışına cəlb olunmuş hərbi vəzifəlilərlə görüşüb.

MN-dən Xeberlent.az-a bildirilib ki, görüş zamanı general-polkovnik K.Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzda aparılan uğurlu islahatların müsbət nəticələrindən danışıb.

Müdafiə nazirinin birinci müavini səfərbərlik hazırlığı və səfərbərlik ehtiyatlarının yaradılması üzrə keçirilən tədbirlərin planlı şəkildə davam etdirilməsi, ehtiyatda olan hərbi qulluqçuların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə təlim toplanışlarının mütəmadi keçirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd edib.

Baş Qərargah rəisi hərbi vəzifəlilərin təminatı və keçirilən praktiki məşqlər ilə maraqlanıb. Onların peşəkarlıq səviyyələrinin daha da artırılması, silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının effektiv tətbiqi məqsədilə keçirilən təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılması və texnoloji innovasiyalardan istifadə edilməsi ilə əlaqədar müdafiə nazirinin tapşırıqlarını aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırıb.

Təlimlərin keyfiyyətinin daha da artırılması, habelə cəlb olunan şəxsi heyətin peşəkarlığının yüksəldilməsinə dair hərbi hissələrin komandanlıqları qarşısında konkret tapşırıqlar qoyulub.