Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

Keçmiş məcburi köçkünlərə mina təhükəsinə dair təlim keçirilib - FOTOLAR

Keçmiş məcburi köçkünlərə mina təhükəsinə dair təlim keçirilib - FOTOLAR

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Qızıl Aypa Cəmiyyətinin (AzQAÇ) birgə əməkdaşlığı çərçivəsində "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda silsilə təlimlərə başlanılıb.

Xeberlent.az xəbər verir ki, maarifləndirici təlimlərin keçirilməsində əsas məqsəd İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində mərhələli sürətdə köçürülməsi nəzərdə tutulan məcburi köçkünlərin mina və partlamamış hərbi sursatlarla (PSD) bağlı məlumatlılığının artırılması, mümkün risk faktorunun minimuma endirilməsidir.   

İlk mərhələdə təlimlər Bakı şəhərində keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Qaradağ rayondakı “Qobu Park” yaşayış kompleksində ayrı-ayrılıqda vətəndaşlar və məktəblilər üçün təşkil olunub.  "Qapı-qapı" və "Məktəb"  formatında keçirilən təlim sessiyaları AzQAÇ-ın 3 mütəxəssisdən və 10 nəfər könüllüdən ibarət heyəti tərəfindən gerçəkləşdirilib.  “Qapı-qapı” ssesiyasında təlimçilər mənzillərə gedərək ailə üzvlərinə zəruri məlumatlar verib, onların suallarını cavablandırıblar. “Məktəb” sessiyasında isə təlimlər sinif otaqlarında şagird qrupları üçün interaktiv formada keçirilib.  

Təlimlərin hər iki formasında xəbərdaredici və məlumatlandırıcı nişanlar barədə məlumatlar verilib, maarifləndirici broşürlər paylanıb, nəzəri və praktik vəsaitlərdən istifadə edilib, təhlükə zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri  xatırladılıb. 

Mina və PSD təhlükəsi ilə bağlı maarifləndirici təlimlərə indiyədək 1500-dən çox şəxs cəlb edilib. Təlimlərin keçmiş məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə silsilə şəklində davam etdirilməsi nəzərdə tutulur. 

  • Keçmiş məcburi köçkünlərə mina təhükəsinə dair təlim keçirilib - FOTOLAR