Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından danışdı

Yenə Rusiya ilə danışıqlardan imtina etdi

"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq” – Baş prokuror

Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?

Şəhid Mübariz - Allah evindən başlayan yüksəliş!

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır - ŞİKAYƏT

Paşinyan İlham Əliyevlə görüşdən QAÇDI

Metro və avtobuslarda qiymətlər qalxdı

Azərbaycanda Müstəqillik Günüdür

Hamısı helikopter qəzasında həlak olub - FOTO (VİDEO)

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Hacı Şahinə qarşı 8 il öncə hazırlanmış planın pərdəarxası. Eldar Mahmudov şəbəkəsi hələ də mövcuddurmu?! -ANALİZ

Hacı Şahinə qarşı 8 il öncə hazırlanmış planın pərdəarxası. Eldar Mahmudov şəbəkəsi hələ də mövcuddurmu?! -ANALİZ

İki gündür ki, sosial şəbəkələrdə ölkənin qabaqcıl ilahiyyatçılarından biri, savadı, irfani moizələri və mənəvi təlimləri ilə insanların rəğbətini qazanmış Hacı Şahin Həsənliyə qarşı çirkin və əxlaqsız iftira yayılır. Bunu Azərbaycandan saxta sənədlərlə qaçıb, İsveçrədə bu ölkənin otrumunu almaq üçün “hər yola hazır” bir məxluq edir. Deyə bilərsiniz ki, özünü “mübariz”, “inqilabçı” kimi təqdim edən bu tip cırılmış ağızlardan eyni çamurlar bu ölkədə hər kəsə qarşı – polisdən tutmuş elə o polisin kobudluğuna tuş gələn, lakin bu kanalizasiya sahiblərinin zənnincə, üsyana qalxmadığı üçün “qorxaq” sayılan vətəndaşadək hər kəsə atılır. Bəs niyə onda cavab vermirik?  Deyə bilərsiniz ki (öz ifadəsi ilə) məlumat mənbəyi bir transseksual olan, çamuru atıb sübutunu 3 aydan sonra vəd edən və bu 3 ay ərzində elə öz ifadəsi ilə “ana bacı”, “var-yox söyüşünü” boynuna almağa hazır olan bir mənəvi “uroddan” nə gözləyirsiniz ki? Bəlkə, belələrinə heç cavab verməyə, seçdikləri KANALizasiyaların iyi gələn yaxalarından yapışmağa dəyməz?

Amma budəfəki sosial şəbəkə təxribatında ciddi məqamlar var ki, bununla “iyverən” icraçının sifarişçiləri özlərini ifşa edirlər. Fikir verdinizsə, şərəfsizliyi üzərinə götürməyə hazır olan bu “axırıncı yol” yolçusu  səsləndirdiklərinin demək olar, hamısını hazır, əlinə verilmiş kağız parçasından oxuyur. Bisavadlılığı səbəbindən də addım başı verilən konspektə baxır. Demək ki, mahiyyətindən xəbəri olmadığı yazıları ona kimlərsə verir. Kimlərsə ölkə xaricində olan, müvəqqəti şərəfsizliyə hazır vicdan qüsurlularını tapır, onların əlinə yazı verir.

Bu kimlərinsə kimliyini araşdırmadan öncə onların məramına toxunmaq istəyirəm. Onlar niyə Hacı Şahini hədəf seçirlər ? Və niyə məhz indi ?

Artıq karantin rejimi başlayan müddətdən bu telekanlizasiyaların işi insanları etiraza sürükləməkdir. Nəyin bahasına olursa olsun , hansı bəhanə ilə olursa – əvvəl polisin postlarda yumşaqlığı sonra kobudluğu, əvvəl sərhədlərin gec bağlanması, sonra nədən bağlanması, əvvəl pis şəraitdə karantin müalicəsi, sonra bahalı şəraitli xəstəxanalar, əvvəl maskanın taxılmaması, sonra niyə taxılmadığına görə cərimələrin yüksəkliyi  – istənilən mövzu. Təki bir çaxnaşma olsun. Hətta “2 nəfərin arasında məişət davasını belə siyasi motivə çevirərik” məntiqi ilə. Bu mənada Hacı Şahinə qarşı atılan çirkin iftira ona rəğbət bəsləyən minlərlə insanın onsuz da karonavirus səbəbilə tarıma çəkilmiş sinirlərini qıra, partlada bilər. Şeytani bir üslübla bu partlayışın ünvanına da dolayı yolla videoda ehyam edilir.

İndi isə Dostoeyvski sayaq desək, bu “əcinnələr”in kimliyinə gələk.

Məsələ orasındadır ki bu plan yeni deyil. Dəqiq məlumatdır ki, bu plan hələ 8 il bundan öncə köhnə MTN sistemində yuva salmış cinayətkar qrup tərəfindən hazırlanmışdı. 2012-ci ildə, yəni prezident seçkiləri öncəsi, əllərinə düşən səlahiyyətlərdən harınlamış bu qrup ali hakimiyyəti şantaj yolu ilə, özünün əvəzolunmazlığına inandırmaq üçün bir sıra əməliyyatlar keçirdi. Bu məqsədlə dini cameədən  düşmən obrazı yaradılmağa ciddi cəhdlər edilirdi. Planın bir hissəsi kimi həmin o ərəfədə ölkə dindarları arasında geniş nüfuza malik din xadimi kimi Hacı Şahinə ifitira atıb onu guya “gözdən salmaq”, daha sonra isə tərəfdarlarını kütləvi etirazlara qaldırıb özünü isə mötədil mövqedən radikallığa çəkmək planı hazırlanırdı. Bu məqsədlə də Şahin Həsənliyə qarşı 3 ssenari hazırlanmışdı. Bir variant maliyyə tələsi, digəri xaricə işləməkdə suçlamaq, 3-cüsü isə cinsi mövzüda iftira atmaq idi. Və özü xüsusi əxlaqsızlıqla fərqlənən o zamankı MTN generallarından birinin göstərişi ilə bu plan fahişə-translardan birindən  “pokazanie” alınmaqla gerçəkləşdirilməli idi.

Lakin o zaman dini mühitdə baş verən dəyişikliklər bu planı yarımçıq qoydu. Əvvəl Dini Qurumlar Komitəsində kadr dəyişikliyi baş verdi və komitənin yeni sədri dini cameə ilə dövlət arasında dialoq yolunu tutdu, icmalarla yaxından işlədi, sonra isə Qafqaz Müsəlmanlar İdarəsi Hacı Şahinə rəsmi status verdi, onu QMİ-nin din xadimlərindən etdi.  

İndi isə həmin plan psixikası yerində olmayan və vaxtilə Dövlət Sərhəd Xidmətində MAXe işləmiş (ki bunların əksəriyyəti MTN şəbəkəsindən keçirilirdi) birisinin vasitəsilə xaricdən işə salınır. Ona görə də bu planın ifşası nə qədər mühümdürsə, onun tələsinə düşməmək DAHA MÜHÜM və FÖVQƏLADƏ milli təhlükəsizlik məsələsidir.

Bu səbəbdən də dövlətin müvafiq qurumu bu Kanalizasiya şəbəkələrinə göstəriş verib onları yönləndirənləri müəyyən etməlidir. Həm də zamanında. Sosial şəbəkələrdə bu cırılmiş ağızın dəqiq ünvanını müəyyənləşdirmək istəyənlərin sayının artmasını nəzərə alaraq vətənpərvərlərin haqlı qəzəbi öz işini görmədən.

P.S. Bu planın tərkib hissəsi həm də fərqli siyasi baxışlara sahib dindarları üz-üzə qoymaqdır. Lakin dünən radikal hesab olunan bəzi dini qrupların da Hacı Şahinə qarşı yönələn təxribatları pisləməsi haqqında bəyanatı inanclı cameənin daha belə oyunlara getməməsinə, əcinnələrin çaxnaşma  fitnəsinin boşa çıxacağına ümid yaradır.

 Vüsal Hətəmov

birlik.az