Baş prokuror Səudiyyə Ərəbistanı Krallığında işgüzar səfərdədir

Prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə tədbir keçirilib

Laçında bir dəqiqəlik sükut

Baş prokuror Özbəkistanda səfərdədir

Azərbaycan Respublikasının Baş prokuroru Sinqapurda işgüzar səfərdədir

Bu həftə üçtərəfli görüş ola bilər

Zəngəzur dəhlizindən son görüntülər - VİDEO

Aİ-dən Ermənistanla tərəfdaşlıq barədə açıqlama

Hərbi prokuror bayram günləri sərhədlərdə

Qətərə atılan 10 raketdən 9-u vurulub - VİDEO

Üç ildən sonra ilk dəfə kostyum geyindi

İsrail-İran müharibəsi nə qədər davam edəcək?

İsrail İranın atdığı raket və PUA-ların sayını açıqladı

"Crocus"da terror törədənlər daha bir partlayış planlaşdırıblar

Hörmüz boğazının bağlanması böhran yaradacaq - Siyarto

DQ-nin hərbçiləri yalnız bu əməli törədən şəxsləri saxlaya biləcəklər

DQ-nin hərbçiləri yalnız bu əməli törədən şəxsləri saxlaya biləcəklər

Daxili qoşunların hərbi qulluqçuları tərəfindən şəxslərin saxlanılması qaydaları müəyyənləşdirilir.

Xeberlent.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, daxili qoşunların hərbi qulluqçularının aşağıdakı şəxsləri saxlamaq hüququ olacaq:

-    inzibati xəta və ya cinayət törətmiş və ya törətməkdə şübhəli bilinən, yaxud barəsində həbs qətimkan tədbiri seçilmiş şəxsləri;

-    axtarışda olan və ya cəzaçəkmə müəssisəsindən qaçmış şəxsləri;

-    fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladə mühit rejimini, habelə dini ekstremizm və terror əleyhinə aparılan xüsusi əməliyyat zonalarının hüquqi rejimini pozmuş şəxsləri;

-    daxili qoşunlar tərəfindən mühafizə olunan obyektlərə qanunsuz daxil olmağa cəhd edən və ya daxil olmuş şəxsləri.

Saxlanılan şəxslərə dərhal saxlanmanın səbəbləri bildirilməli və hüquqları izah edilməlidir.

Saxlanılan şəxslər dərhal ən yaxın polis orqanına təhvil verilməlidir.

Tibbi zərurət olduğu halda saxlanılan şəxsə ilk tibbi yardım göstərilməlidir.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunudşa qəbul edilib.