Baş Prokurorluq: Aksizsiz tütün məmulatlarının qaçaqmalçılığına qarşı genişmiqyaslı cinayət işi istintaq olunur

San-Fransisko nəhəng istehsalçılara qarşı məhkəmə iddiası qaldırıb

Baş Prokurorluq: Yasamal rayonunda yerləşən çoxmərtəbəli binada 3 nəfərin öldüyü yanğınla bağlı bir nəfər saxlanılıb

Baş prokuror Səudiyyə Ərəbistanı Krallığında işgüzar səfərdədir

Prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə tədbir keçirilib

Laçında bir dəqiqəlik sükut

Baş prokuror Özbəkistanda səfərdədir

Azərbaycan Respublikasının Baş prokuroru Sinqapurda işgüzar səfərdədir

Bu həftə üçtərəfli görüş ola bilər

Zəngəzur dəhlizindən son görüntülər - VİDEO

Aİ-dən Ermənistanla tərəfdaşlıq barədə açıqlama

Hərbi prokuror bayram günləri sərhədlərdə

Qətərə atılan 10 raketdən 9-u vurulub - VİDEO

Üç ildən sonra ilk dəfə kostyum geyindi

İsrail-İran müharibəsi nə qədər davam edəcək?

Bakıda III sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi - İşə polis qarışdı

Bakıda III sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi - İşə polis qarışdı

Bakı şəhəri Sərhəddin Yolçuyev adına 207 nömrəli tam orta məktəbin 3B sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərs zamanı şagird və müəllimlərə qarşı qeyri-etik ifadələr işlədərək  tədris prosesinin pozulmasına səbəb olur.

Bu barədə  Xeberlent.az-a valideynlər şikayət edib. Bildiriblər ki, sözügedən 9 yaşlı şagird sinif yoldaşları olan qızlara qarşı qeyri-etik hərəkətlər edir, digər şagirdləri isə döyürdü. Şikayətlə bağlı həmin şagirdin valideynləri məktəbə çağırılsa da, heç bir tədbir görülmürdü.

Məsələ ilə bağlı  207 nömrəli məktəbdən sorğumuza cavab olaraq bildirilib ki, aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi yönündə işlər aparılır:

"Məktəbə 22.11.2024-cü il tarixindən özəl ümumi təhsil müəssisəsindən yerdəyişmə etmiş III sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) davranış qaydalarını mütəmadi olaraq pozur, müəllim və şagirdlərə qarşı qeyri-etik ifadələr işlədir, dərs prosesi zamanı aqressiv davranışlar göstərir, eyni zamanda digər şagirdlərə təzyiq edir. Ümumilikdə şagirdin hərəkətləri tədris prosesinin pozulmasına səbəb olur. Sinfin digər valideynləri şagirdin tədris prosesini ciddi şəkildə pozduğuna görə şikayətlənirlər. Onlar bununla bağlı məktəb rəhbərliyinə rəsmi müraciət ünvanlayıblar. Şagirdlə məktəb rəhbərliyi və məktəbin psixoloqu tərəfindən profilaktik söhbət aparılıb, müvafiq tövsiyələr verilib. Şagirdin valideyni dəfələrlə məktəbə dəvət edilərək övladının uyğunsuz davranışı ilə bağlı ona xəbərdarlıq olunmasına baxmayaraq, müsbət nəticə əldə edilməyib.

Məktəbin psixoloqu şagirddə davranış pozuntusu olması ilə bağlı rəy verib. Şagirdin davranışları ilə bağlı hüquq-mühafizə orqanlarının müvafiq nümayəndələrinə məlumat verilib. Valideynə şagirdin xüsusi təhsilə cəlb olunması üçün 1 saylı psixoloji-tibbi-pedaqoji komissiyaya müraciət etməsi tövsiyə olunub. Məktəb rəhbərliyi tərəfindən məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi yönündə işlər aparılır".