Aİ qaz tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparır
Rusiyadan qaz tədarükünün kəsiləcəyi riskini nəzərə alaraq Avropa İttifaqı ABŞ, eləcə də Qətər və Azərbaycanla qazla bağlı danışıqlar aparır.
Xeberlent.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell deyib.
"Diplomatiyanın uğursuzluğa düçar olacağı təqdirdə hazır olmalıyıq. Biz Rusiyanın tədarükünü azaltmaq və ya dayandırmaq qərarına gəldiyi halda qaz tədarükü məsələsində ABŞ, Qətər və Azərbaycan kimi tərəfdaşlarla işləmək də daxil olmaqla, bütün variantları və ssenariləri nəzərdən keçiririk", - Borrell qeyd edib.