Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

"Rusların Qarabağı tərk etməsi əvvəlcədən müəyyən edilmişdi" - Zatulin

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini, deputat Konstantin Zatulin Ermənistan Respublikasının birinci baş naziri, Ermənistan Respublikasının müdafiə naziri olmuş Vazgen Manukyana açıq məktubla cavab verib. 

Xeberlent.az xəbər verir ki, Zatulin Manukyana ünvanladığı açıq məktubda bildirib ki, iki ölkə arasında xarici qüvvələr var. 

"Siz Rusiyanı qınayırsınız ki, onun 2020-ci ildən başlayaraq davranışı “müttəfiq” anlayışına uyğun gəlmir. Hesab edirsiniz ki, silahlı qüvvələrimizin Qarabağdan çıxarılması “i”nin üzərinə son nöqtəni qoyur. Bu, yad hərfdir, bizim əlifbalarımızda yoxdur. Əlbəttə, bilirsiniz ki, mən və Rusiyadakı həmkarlarım ən azından Qarabağdakı sülhməramlı missiyamızın belə sonlanmasını istəməzdik. Amma 2020-ci ildən, xüsusən də 2022-2023-cü illərdə baş verənlərdən sonra əvvəlcə ermənilərin, sonra isə rusların Qarabağı tərk etməsi əvvəlcədən müəyyən edilmişdi. 

Bu acı həqiqətdir. Səbəbləri və halları qısa bir məktubda sadalamaq, sizi təkrarlamaq və əlavə etmək istəmirəm. Qriboyedovlar və Baqramyanlar lazımi anda lazımi yerdə görünmədilər. Mən sizin bugünkü Rusiyanı qınamağınızın qarşılığını bugünkü Ermənistanı danlamaqla da qarşılaya bilərdim, amma istəmirəm.

Mən xalqlarımız arasında münasibətlərdə qalanları xilas etmək istəyirəm ki, onlar dövlətlərin və hökumətlərin siyasətinin qurbanına çevrilməsinlər, - deyə Zatulin yazıb. 

Xatırladaq ki, Ermənistanın eks müdafiə naziri bundan bir gün əvvəl rusiyalı deputata açıq məktub ünvanlayaraq Moskvanı Qarabağı tərk etməkdə və etibarsızlıqda ittiham etmişdi