Azərbaycanın üç ali məktəbi Britaniyanın "Quacquarelli Symonds" (QS) şirkətinin versiyasına görə 2016/17-ci illər üçün dünyanın ən yaxşı universitetlərinin reytinqinə düşüb.
Report xəbər verir ki, reytinqə Bakı Dövlət Universiteti, Qafqaz Universiteti və Xəzər Universiteti daxil olub. Hər üç universitet reytinqdə səkkizinci yüzlüyə düşüblər.
Reytinqə ABŞ-ın üç ali məktəbi - Massaçusets Texnoloji Universiteti, Stenford Universiteti və Harvard Universiteti liderlik edir. İlk onluğa Britaniyanın məşhur universitetləri - Oksford və Kembric daxil olub.
Reytinqdə həmçinin Türkiyənin 11, İranın isə 5 ali məktəbi daxil olub. Ermənistan və Gürcüstan universitetləri reytinqə daxil edilməyib.