Prezident Baş nazirə sui-qəsddən sonra xarici səfərini yarımçıq qoydu
Slovakiyanın yeni seçilmiş prezidenti Peter Pelleqrini xarici səfərini yarımçıq qoyub və respublikanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdi ilə əlaqədar vətəninə qayıtmaq qərarına gəlib.
Xeberlent.az xəbər verir ki, bu barədə Slovakiya mediası yazıb.
"Prezident baş verən hadisələrlə əlaqədar xaricdə səfərini başa vuraraq Slovakiyaya qayıdır", - deyə Pelleqrininin nümayəndəsi vurğulayıb.
Qeyd edək ki, Pelleqrini bu iyunun 15-də dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayacaq.